...

Rumıniya Baş nazirinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 1 Sentyabr 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir L.Əbdüləzimova/ Rumıniya Baş naziri Kalina Popesku-Tariçanunun sentyabrın 8-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

Rumıniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Rumıniyanın hökumət başçısı noyabrın 28-də ölkədə keçiriləcək parlament seçkilərindən sonra Azərbaycana səfər edəcək.

Rumıniyanın Baş naziri iki günlük səfər zamanı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüş keçirməyi və onunla iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırıb. XİN rəhbəri və ölkə başçısı ilə görüşün keçirilməsi də planlaşdırılır. Səfər çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti