...

Azərbaycanın sol təmayüllü partiyasına yenidən həmsədrlər seçilib

Siyasət Materials 27 Sentyabr 2008 16:53 (UTC +04:00)
Azərbaycanın sol təmayüllü partiyasına yenidən həmsədrlər seçilib

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, son beş ildə partiyanın uğurlarının məğlubiyyətlərdən çox olduğunu söyləyib.

"Partiyanın maddi imkansızlığından bir çoxları istifadə edib. 2003 - cü ildə partiyanın altı mindən çox üzvü vardı. Həmin ildlə Ayaz Mütəllibovun partiyaya gəlməsi ilə bağlı fövqəladə qurultay keçirdik və bundan sonra partiyaya axın başladı. Üzvlərin sayı 26 mini keçdi. Onlar gözləyirdilər ki, Mütəllibov qayıdıb hansısa bir vəzifə tutacaq və onları da vəzifədə qabağa çəkəcək. Lakin Mütəllibov qayıda bilmədi və bu məqsədlə gələnlər partiyadan uzaqlaşdılar" - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayında Əlizadə deyib.

Trend - un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədrləri Araz Əlizadə və Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991 - ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, Ayaz Mütəllibov ilk prezident seçilib. Sonra onun barəsində cinayət işi açılıb və 1992 - ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Trend - un məlumatına görə, şənbə günü partiyanın qərargahında ASDP - nin XI qurultayı keçirilib. Qurultayda 20 - dən artıq rayon və şəhər təşkilatından seçilmiş 103 nümayəndədən 89 - u iştirak edib. Qurultayda partiya həmsədrləri Ayaz Mütəllibov və Araz Əlizadənin, Mərkəzi Komitə və Mərkəzi Nəzarət -Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya rəhbərliyi və seçkili orqanlar yenidən formalaşdırılıb.

Əlizadə son illər partiyada heç vaxt baş verməyən proseslərin cərəyan etdiyini bildirib. "Partiyada münasibətlərin aydınlaşdırılması, qarşıdurmalar baş verib. Həm Ayaz Mütəllibovun, həm də mənim kadr səhvlərimiz olub", - Əlizadə əlavə edib.

O, hazırda partiyanın üzvlərinin sayının üç mindən artıq olduğunu bildirib.

Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP -nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti