...

Prezident Saakaşvili növbədənkənar seçkilər təyin edə bilər – Gürcüstan Parlamentinin eks - spikeri

Siyasət Materials 23 Dekabr 2008 18:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili artıq seçki kampaniyasına başlayıb və növbədənkənar prezident və parlament seçkiləri təyin edə bilər. Bu barədə "Kavkasiya" teleşirkətinin efirində Ukrayna və ABŞ - a səfərdən qayıdan eks - spiker, " "Vahid Gürcüstan" Demokratik hərəkatı" müxalifət partiyasının lideri Nino Burcanadze bildirib.

Lakin onun rəyinə görə, "hazırkı qeyri - demokratik şəraitdə normal seçkilərin keçirilməsi mümkün deyil".

Saakaşvili 2013-cü ilədək ölkəni idarə etmək və bu müddət başa çatdıqdan sonra namizədliyini irəli sürməmək niyyətində olduğunu bildirib.

Burcanadze səfərinin yekunu ilə bağlı bildirib ki, "Gürcüstan hakimiyyəti xaricdə həm etibarını, həm də elementar hörmətini itirib". O hesab edir ki, "yalnız növbədənkanar sekilər ölkəni xilas edə bilər".

Eks-spiker Gürcüstanın Qərbin hazırda həyata keçirilən maliyyə dəstəyindən də məhrum olmaq ehtimalının olduğunu bildirib. Əvvəllər donorlar Gürcüstana 4,5 mlrd dollar həcmində yardım vəd etmişdilər.

"Ölkə hakimiyyəti real demokratik dəyişikliklər həyata keçirməsə, ABŞ Gürcüstandakı demokratik çatışmazlıqlara göz yummayacaq", - deyə o bildirib.

Burcanadzenin sözlərinə görə, "Gürcüstan hakimiyyəti özünü hazırda olduğu kimi apararsa, və yəqin ki,davam etdirəcəklər, o zaman onlar Qərbin yardımından məhrum olacaqlar".

O hesab edir ki, Gürcüstanın demokratik inkişafı, KİV və məhkəmələrə azadlığın verilməsi zəruridir.

ABŞ - a səfərinə toxunan Burcanadze Dövlət Katibi Kondoliza Rays ilə görüşdüyünü bildirib.

Eks - spiker Ədliyyə Nazirliyinin hələ də onun hərəkatını qeydiyyata almaması ilə bağlı növbəti dəfə narazılığını bildirib.

Məqalə müəllifi ilə əlaqə üvnanı - [email protected]

Xəbər lenti

Xəbər lenti