...

Rusiya ilə  "qaz müharibəsi" Ukrayna hökumətinin istefasına gətirməyəcək – ekspertlər

Siyasət Materials 17 Yanvar 2009 11:20 (UTC +04:00)
Rusiya ilə  "qaz müharibəsi" Ukrayna hökumətinin istefasına gətirməyəcək – ekspertlər

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ Rusiya ilə "qaz müharibəsi" Ukrayna hökumətinin istefasıan gətirməyəcək. Belə ki, "İmpiçment haqqında" Qanun qəbul edilsə də, onun təşəbbüskarlarının parlamentdə kifayət qədər dəstəyi yoxdur. Lakin böhran tezliklə növbədənkənar seçkilərin təyin edilməsi üçün katalizator ola bilər.

"Düşünmürəm ki, indi kimsə Baş nazir vəzifəsinə iddia edə bilər. İmpiçment tələbi isə, yalnız Yuşşenkonun ikinci müddətdən imtina etməsi üçün, ona göstərilən sosial və siyasi təzyiq üsuludur", - ukraynalı politoloq Viktor Nebojenko hesab edir.

Bu günlərdə Ali Radada çoxluğa malik olmayan Regionlar Partiyası əvvəlcə Timoşenko hökuməti, sonra isə, prezident Yuşşenkonu istefaya göndərmək təşəbbüsü ilə çıxış edib. Ukrayna Kommunist Partiyası təşəbbüsü dəstəkləyib.

Parlament cümə axşamı, axşam "Ukrayna Ali Radasının müvəqqəti təhqiqat komissiyaları, müvəqqəti xüsusi təhqiqat komissiyası və müvəqqəti xüsusi komissiyaları haqqında" Qanunu qəbul edib. Qanunda prezidentin impiçment proseduru yazılıb.

Müşahidəçilərin rəyinə görə, Rusiya ilə qaz münaqişəsi hökumətin istefasına gətirməyəcək; hazırki məqamda parlamentdə bu təşəbbüsü dəstəkləməyəcəklər.

Müxalifətin - kommunistlər və Regionlar Partiyasının Timoşenko hökumətini istefaya göndərmək üçün parlamentdə çoxluğu yoxdur, - MDB ölkələri üzrə rusiyalı ekspert Vladimir Jarixin hesab edir.

"İmpiçmentə gəldikdə isə, Ukraynada bu mexanizmin özü sonadək yazılmayıb, yəni, bu barədə bəyan etmək olar, yalnız  impiçmenti elan etmək olmaz", - MDB Ölkələri İnstitutunun direktor müavini Jarixin Trend - a bildirib. Onun rəyinə görə, bu, yalnız siyasi mübarizə çərçivəsində söhbətlərdir.

Ukraynalı ekspert Nebojenko da belə  mövqe ilə razıdır. Onun rəyinə görə, hökumətə inamsızlığın ifadə edilməsi təşəbbüsünü, diqqəti Ukrayna - Rusiya qaz münaqişəsindən Timoşenkonun tənqidinə çəkməyə çalışan Regionlar Partiyası irəli sürür. "Lakin indi onu formal şəkildə də tənqid etmək çətindir. Belə ki, parlamentdə onun çoxluğu var və büdcə onun əlindədir", - "Ukrayna barometri" sosioloji xidmətin rəhbəri Nebojenko Trend -a bildirib.

Onun sözlərinə görə, münaqişə nə qədər çox olarsa, Timoşenko o qədər çox özünü suda balıq kimi hiss edir. "Hazırda kiminsə Baş nazir vəzifəsinə iddia edə biləcəyini hiss etmirəm", - Nebojenko deyib. Eyni şeyi impiçpment barədə də demək olar, - ekspert hesab edir. Çox ehtimal ki, impiçment tələbi Yuşşenkonun ikinci müddətdən imtina etməsi üçün, ona göstərilən sosial və siyasi təzyiq üsuludur, - o deyib.

Lakin ekspertlərin rəyinə görə, qaz böhranı cari ilin fevral - martında növbədənkənar seçkilərin keçirilməsinə səbəb ola bilər.

Hakimiyyətin dəyişməsinə görə, artıq yeni formatda kəskin siyasi mübarizə başlayacaq, - ukraynalı ekspert Andrey Yermolayev hesab edir. "Hökumətin istefasının real imkanları var, bu, fevralda mümkündür", - "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin prezidenti Yermolayev Trend - a bildirib. Onun rəyinə görə, bu, hökumətin reputasiyasına ciddi zərbə vuracaq. "Fevralda hətta hazırki koalisiya iştirakçıları olan deputatlar arasında da tənqidi əhval - ruhiyyənin artacağını proqnozlaşdırıram", - Yermolayev bildirib.

Bütün bunlar ona aparır ki, prezident seçkiləri və parlamentə mümkün növbədənkənar seçkilər məhz həmin həqiqət anı olacaq, lakin inamsızlıq vasitəsilə hökumətin istefası yox, - ekspert hesab edir. Belə ki, bunun üçün hakimiyyətin dəyişməsinin təşəbbüskarları səs toplaya bilməyəcəklər.

Ukraynada hakimiyyətin dəyişməsi həmişə mümkündür, - rusiyalı ekspert Qriqori Trofimçuk hesab edir. Lakin baş verənlərin fonunda bu, maraqlı deyil. "Hökumətin dəyişməsi yalnız Ukrayna deyil, Şərqi Avropa ölkələrində də baş verə bilər. Enerji bazarının bu qlobal və total hədi yalnız hakimiyyətin deyil, ideologiyanın da dəyişməsinə səbəb olacaq", - Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti Trofimçuk Trend - a bildirib.

Və bu, artıq kommunist və heç də bazar - demokratik ideologiyası deyil, nə isə başqa, tamamilə başqa bir şey olacaq, - o deyib.

Materialın hazırlanmasında R.Ağayev (Moskva), Z.Novsvitski (Kiyev) iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti