...

Amerika konqresmenləri Azərbaycana dəvət olunublar

Siyasət Materials 2 Mart 2009 12:36 (UTC +04:00)
Amerika konqresmenləri Azərbaycana dəvət olunublar

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan deputatları Qənirə Paşayeva və Həvva Məmmədova amerikalı konqresmenlər Hari Akkerman, Stiv İsrail, İvet Kleyk, Maykl Makmahon və Cerolda Nadleri Azərbaycana dəvət ediblər.

Dəvət deputatların Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tadbirlərdə iştirak etmək üçün ABŞ-a səfərləri zamanı edilib. Amerikalı konqresmenlər Azərbaycan parlamentarilərinin dəvətini müsbət qiymətləndiriblər.

Deputatlar Nyu-Yorkda konqresmenləri Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və Xocalı soyqırmı barədə məlumatlandırıblar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Görüşdə Amerika Azərbaycanlılar Cəmiyyətinin prezidenti Tomris Azəri konqresmenlərə ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Konqresmenlər ABŞ-da yaşayan azərbaycanlılar və 52 ildir Amerikada fəaliyyət göstərən Azərbaycan-Amerika Cəmiyyəti barədə məlumatlandırılıblar. Konqresmen İvet Kleyk Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu ilə maraqlanıb. Konqresmenlər Azərbaycan deputatlarının dəvətini qəbul ediblər.

Senator Kirsten Qillibrand ilə görüşdə deputatlar ona Azərbaycan haqqında geniş məlumat veriblər. Qillibrand də respublikaya dəvət olunub.

Azərbaycan deputatları Qənirə Paşayeva və Həvva Məmmədova, Amerika Azərbaycanlılar Cəmiyyətinin prezidenti Tomris Azəri, Azərbaycan-Amerika Şurasının (AAŞ) prezidenti Cavid Hüseynov, USA icraçı direktoru Adil Bağırov, AAŞ-nın Azərbaycan təmsilçisi Kəmalə Paşayeva, Azərbaycan Yəhudi Qafqaz təşkilatlarının rəhbərləri Yakov Abramov, Nobert Yevdayev Yəhudi İcması ilə Əlaqələr Komitəsinin illik iclasında iştirak ediblər. Yəhudi mənşəli konqresmenlər yəhudi icmalarının Azərbaycandakı fəaliyyəti barədə məlumatlandırılıblar.

Azərbaycan yəhudisi və Azərbaycan-Amerika Cəmiyyətinin üzvü Erik Yevdayev Azərbaycanda yəhudilərə qarşı xoş münasibət olduğundan danışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti