...

ABŞ administrasiyası Gürcüstanın siyasətini dəstəkləyəcək – spiker

Siyasət Materials 17 Mart 2009 20:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxaliya /  

"ABŞ-da müxtəlif qruplar və fikirlər olduğundan onlar demokratik ölkədirlər. Bunu əsas şərtləndirən amil Ağ Evin siyasətidir və bu siyasət bizə çox gözəl aydındır. ABŞ prezidentinin və vitse-prezidentin bəyanatlarından məlum oldu ki, Birləşmiş Ştatlar Gürcüstanı tam olaraq müdafiə edir", - Gürcüstan parlamentinin spikeri David Barakadze deyib.  

Bir sıra konqresmen ABŞ prezidentinə Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinə son qoyulması barədə tövsiyə ünvanlayıblar. Konqresmenlərin fikrincə, bu üsulla Rusiya-Amerika münasibətlərini nizama salmaq olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti