...

Türkiyə Azərbaycandakı referendum üzrə istənilən nəticəni dəstəkləyəcək - səfir

Siyasət Materials 18 Mart 2009 13:07 (UTC +04:00)
Türkiyə Azərbaycandakı referendum üzrə istənilən nəticəni dəstəkləyəcək - səfir

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir R.Hafizoğlu /

"Türkiyə Azərbaycandakı referendumun gedişini diqqətlə izləyir və səsvermənin istənilən nəticəsini dəstəkləyəcək", - çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfəri Hulusi Kılıc deyib.

"Türkiyə referendumun istənilən nəticəsini dəstəkləyəcək, çünki bu, Azərbaycan xalqının seçimidir", - səfir bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Kılıcın sözlərinə görə, Türkiyə referenduma hazırlıq prosesini izləyib və səsvermənin gedişini də izləyəcək.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti