...

Qəbələ radarının ABŞ və Rusiya tərəfindən birgə istifadəsi hər iki dövlətə sərfəlidir - Almaniya xarici siyasət üzrə şuranın eksperti

Siyasət Materials 19 Mart 2009 09:08 (UTC +04:00)
Qəbələdəki radarın ABŞ və Rusiya tərəfindən birgə istifadə edilməsi fikri Moskva və Vaşinqton arasında münasibətlərdə bir çox problemləri həll edə bilər. Belə Almaniya xarici siyasət üzrə şuranın eksperti Aleksandr Rar hesab edir.
Qəbələ radarının ABŞ və Rusiya tərəfindən birgə istifadəsi hər iki dövlətə sərfəlidir - Almaniya xarici siyasət üzrə şuranın eksperti

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir E.Tarıverdiyeva/

Qəbələdəki radarın ABŞ və Rusiya tərəfindən birgə istifadə edilməsi fikri Moskva və Vaşinqton arasında münasibətlərdə bir çox problemləri həll edə bilər. Belə Almaniya xarici siyasət üzrə şuranın eksperti Aleksandr Rar hesab edir.  

"Mən düşünürəm ki, Vaşinqtonun Avropada Raket Əleyhinə Müdafiə proqramından (RƏM) imtinası əvəzinə Qəbələdə olan radarın ABŞ və Rusiya tərəfindən birgə istifadəsi barədə Putin tərəfindən irəli sürülən fikir düzgündür", Trend -a Rar dedi.

Rusiya dəfələrlə ABŞ-a amerikanların Polşa və Çexiyada RƏM obyektlərinin yerləşdirilməsi planları əvəzinə Azərbaycandakı Qəbələ RLS-i birgə istifadəsi barədə təklif edib.
Bununla razılaşan Rar hesab edir ki, amerikanlar ona nail olacaqlar ki, Moskva qərbyönlü düşərgəyə keçib Tehranın əleyhinə fəaliyyət göstərməyə başlayacaq.

"Qəbələdə radar stansiyasının istifadəsi Rusiyanın, İranın simasında təhlükə gördüyünü nümayiş etdirəcək, dedi Rar. Bu Amerikanın naik olmaq istədiyidir".  

Rar hesab edir ki, Birləşmiş Ştatlar daxilində RƏM-ə yenidən qiymətləndirmə prosesi getdiyindən, RƏM-in Avropada gələcəyi dumanlıdır.

"Mən düşünürəm ki, yeni amerika administrasiyasının Rusiyaya müəyyən sövdələşmə təklif etmək niyyətində olduğunu hesab edən müşahidəçilər haqlıdırlar. ABŞ müəyyən bir zaman üçün Polşa və Çexiyada RƏM-dən imtina edirlər, amma əvəzində Rusiyadan İran nüvə proqramına qarşı sərt addımlar tələb edəcəklər", - deyə ekapert bildirdi.

Rarın fikrincə, bu tamamilə realdır. Moskvadan tələb edəcəklər ki, o, İran nüvə sahəsində əməkdaşlığını kəskin surətdə azaltsın. Bundan başqa Moskva İran nüvə proqramının Rusiyanın özünə təhlükə olduğunu etiraf etsin, Qərbin Tehrana qarşı sanksiyalar rejiminə maneçilik törətməsin və İslam dövlətinə raket silahı ötürməsin.

"Obama üçün ən başlıcası İran nüvə proqramının inkişafının qarşısını almaqdır. "Nüvəsiz" İran bir sıra mənalarda Yaxın Şərqdə İsrail ətrafında məsələni həll edir və ya yumşaldır, Tel-Əlivivi əks halda İrana qarşı ciddi müharibəyə başlamaqdan saxlayır", dedi Rar.

ABŞ və İran arasında münasibətlər 1980-ci ildə kəsilib. Hal-hazırda İran-ABŞ münasibətləri Vaşinqtonun sülh məramında şübhələndiyi Tehranın nüvə proqramına görə gərginləşir.
Rarın fikrincə, ABŞ üç cəbhədə - İrakda islam fundamentalizminə qarşı, İranın qarşısını almaq, Rusiyanı dayandırmaq - müharibə apara bilməz.  

Onun fikrincə, bu Ağ Evə çox baha başa gəlir və buna hətta ABŞ-ın resursları yoxdur.

"Elə buna görə orada soyuqqanlı halda hesab ediblər ki, hal-hazırda ən az düşmən kimi Rusiyanı qəbul etmək olar, və elə buna görə onu düşmənlər siyahısından silmək və prezident Medvedevlə razılığa gəlmək lazımdır. Priz kimi isə bu məsələdə amerikanın RƏM istifadə edilir", dedi Rar.

Xəbər lenti

Xəbər lenti