...

Danimarka Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır – spiker

Siyasət Materials 2 Aprel 2009 17:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Danimarka Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır", - Gürcüstan parlamnetinin spikeri qeyd edib. "Danimarka Gürcüstanı bütün strukturlarda, xüsusilə də NATO-da fəal şəkildə dəstəkləyən ölkələrdən biridir", - deyə David Bakradze Danimarkaya rəsmi səfəri çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan bu illər ərzində Danimarka nümayəndələrinin daima dəstəyini və Şimali Atlantika Alyansına daxil olmaq istiqamətində səylərini görüb.

"Ümid edirəm ki, NATO-nun yeni baş katibinin seçilməsi ilə Danimarka strukturlarının NATO-da rolu daha da artacaq, bizim üçün bu ölkənin Gürcüstanı dəstəkləməsi çox vacibdir", - deyə Bakradze bildirib.

"Bütün görüşlərdə Kopenhagenin dəstəyi müşahidə edilib, və deyilib ki, Danimarka Gürcüstanın NATO-ya daxil olması tərəfdarıdır", - deyə Bakradze bildirib.

Onun sözlərinə əsasən, Danimarkan Gürcüstanın ərazi bütövlüyünün bərqərar olunması üçün vacib olan addımlarda da öz dəstəyini bir daha nümayiş etdirir. "Bu, ilk növbədə təbii ki, Avropa və Rusiya münasibətlərində özünü göstərəcək, həmçinin Avropa İttifaqının və Rusiyanın münasibətlərində Danimarkanın mövqeyi tamamilə aydındır", - deyə Bakradze bildirib.

Danimarkada Gürcüstan parlamenti spikerinin danimarkalı siyasətçilər və ekspertlərlə keçirilən son görüşündə Gürcüstanın daxili siyasəti müzakirə olunub.

Gürcüstan nümayəndə heyəti Kopenhagendən Finlandiyaya yollanıb. Aprelin 3-də Finlandiya rəhbərliyinin nümayəndələri ilə rəsmi görüşlər keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti