...

Azərbaycan xarici işlər nazirinin müavini QİƏT-in XİN rəhbərlərinin Yerevanda keçiriləcək iclasında iştirak edəcək

Siyasət Materials 14 Aprel 2009 14:59 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini  QİƏT-in XİN rəhbərlərinin Yerevanda keçiriləcək iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Ağayeva /

Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) XİN rəhbərlərinin Yerevanda keçiriləcək növbəti iclasında təşkilata sədrliyi Ermənistandan qəbul edəcək. Bu barədə çərşənbə axşamı Trend -a bu iclasda iştirak etməyi planlaşdıran Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı - Cənubi Balkan və Qara dənizyanı 12 dövləti özündə birləşdirən hökumətəlarası təşkilatdır. QİƏT 1999-cu il mayın 1-də 1992-ci il 25 iyun tarixli Qara dəniz İqtisadi Əməkdaşlığı haqqında Müqavilənin bazasında təsis edilib. Təşkilatın baş qərərgahı İstanbulda yerləşir. Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna QİƏT-in üzvüdür.

Ermənistan Xarici Siyasət İdarəsinin rəhbəri Edvard Nalbəndyan əvvəllər jurnalistlərə bildirib ki, Ermənistan təşkilata sədrlik edən ölkə kimi Azərbaycan və Türkiyənin xarici işlər nazirlərini QİƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin aprelin 15-16-da keçirilməsi planlaşdırılan iclasına dəvət edib.

Azərbaycan ölkə ərazilərinin 20 faizini işğal edən Ermənistan ilə hərbi münaqişədədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti