...

Gürcüstan Prezidenti radikal müxalifət liderinin əlini sıxaraq dostluq təklif edib

Siyasət Materials 29 Aprel 2009 12:59 (UTC +04:00)
Gürcüstan Prezidenti radikal müxalifət liderinin əlini sıxaraq dostluq təklif edib

Gürcüstan Prezidenti kilsədə radikal müxalifət liderlərindən biri İrakli Alasaniyanın əlini sıxaraq dostluq təklif edib.

Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlya bu gün Müqəddəs Troitsa Kafedral kilsəsindəki dua zamanı milləti birliyə və əfvə çağırıb. "Bütün günahkarlar arasında ən günahkarıyam və bağışlanmağımı istəyirəm, necə ki, bütün günahkarlar bunu istəməlidir", - o bildirib.

"Bütün Gürcüstan bu gün yaranmış çıxan çətin durumdan narahatdır. Bunların hamısı günahlarımızın nəticəsidir və Yaradandan bizi sağaltmasını və günahlardan qorumasını diləyirəm. Biz Yaradanın kamilliyini anlamalı, bir-birimizi eşitməli və mümkündürsə bir-birimizin xahişini yerinə yetirməliyik", - Patriarx deyib.

Dua zamanı mərasimdə iştirak edən Gürcüstan Prezidenti öz nitqində günahkarların ən birincisi olduğunu bildirib. "Əlbəttə, bizim fərqli fikirlərimiz var və başqa cür də ola bilməz. Biz fərqli insanlarıq və müxtəlif siyasi baxışlarımız ola bilər. Mən deyə bilərəm ki, biz müxalifətin bir sıra radikal baxışları ilə razı olmaya bilərik, amma hər şeydən üstün olan şey vətənimiz, sevgimizdir və biz bir-birimizi bağışlamalı, təcavüzə əl atmamalıyıq. Bizim kimi kiçik ölkə bu təcavüzə dözməyə qadir deyil. Biz bir-birimizi anlamağı öyrənməliyik və mən bu gün ölkəni necə xilas etmək, insanlarımıza necə yardım etmək, ölkəni Tbilisidən 40 km uzaqlıqda yerləşən düşməndən necə qorumaq yolları barədə danışıqları bərpa etməyə hazıram", - o bildirib.

Saakaşvili kilsədə toplaşanların hamısını dialoqa dəvət edib. "Demək istəyirəm ki, biz bir-birimizin düşməni deyilik, biz qan düşməni olmayacağıq və əlimizə silah götürməyəcəyik. Müxalifətdən hər kəsin əlini sıxmağa hazıram", - o deyib və bu sözlərlə zala enərək müxalifətçilərin əlini sıxıb. Onların arasında radikal müxalifət liderlərindən bu mərasimdə iştirak edən yeganə nümayəndə Alasaniya da olub.   

Öz növbəsində Alasaniya bildirib ki, prezidentlə dialoqa və yaranmış durumdan çıxmaq yolları haqda onun rəyini dinləməyə hazırdır. "Biz dialoqa hazırıq və bu gün kilsəyə bağışlamaq üçün gəlmişik", - o deyib.

Xəbər lenti

Xəbər lenti