Azərbaycan, Lənkəran, 29 may / Trend , müxbir P.Əliyeva /
Türkiyə Azərbaycanın cənub bölgəsi olan Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) konsulluq açmağı planlaşdırır.
"Yaxın vaxtlarda Türkiyənin Lənkəranda fəxri konsulluğunu açmağı fikirləşirik. Daha sonra isə bunu Baş konsulluğa çevirəcəyik", - Trend -un məlumatına görə, cümə günü Lənkəranda jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
Trend -un arayışı: Türkiyə gələn il Azərbaycanın ikinci böyük şəhəri Gəncədə Baş konsulluq yaratmaq barədə qərar verib.
Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olub. Xarici ölkələr arasında Azərbaycanda diplomatik nümayəndəliyini açan birinci dövlət də məhz Türkiyə olub. 25 may 1991-ci ildə Baş konsulluq səviyyəsində Azərbaycanda təmsil olunan Türkiyə Cümhuriyyətinin 1992-ci il yanvarın 14-də səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyi isə 1992-ci ilin avqustunda açılıb. Həmin ildə Azərbaycanın bu ölkədə baş konsulluğu İstanbul şəhərində fəaliyyətə başlayıb. 2004-cü ildə Azərbaycanın Türkiyənin Qars şəhərində Baş konsulluğu öz işinə başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]