...

ABŞ qoşunlarının çıxarılmasına baxmayaraq, İraqdakı durum qeyri-sabit olaraq qalacaq - sabiq Baş nazir

Siyasət Materials 7 İyul 2009 19:37 (UTC +04:00)
ABŞ qoşunlarının çıxarılmasına baxmayaraq, İraqdakı durum qeyri-sabit olaraq qalacaq - sabiq Baş nazir

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Ü.Sadıxova /

"ABŞ qoşunlarının ölkədən çıxarılması və ya orada olmasına baxmayaraq, İraqdakı qarışıqlıq və zorakılıq davam edir. Çünki ölkədə təhlükəsizlik sisteminin vahid mexanizmi yaradılmayıb", - İraqın keçid hökumətinin sabiq Baş naziri İyyad Əllavi hesab edir.

"Nə İraq polisi, nə də ordu ölkədə (təhlükəsizliyi təmin etmək) iqtidarında deyil, çünki bu təşkilatlar tam formalaşmayıb, vahid mexanizm hazırlanmayıb", - Trend -a eksklüziv müsahibəsində 2004-cü ildə İraq hökumətinə başçılıq etmiş Əllavi bildirib.

O hesab edir ki, İraqdakı qeyri-sabitlik və zorakılıq vəziyyəti ABŞ qoşunlarının ölkədən çıxarılması və ya orada qalmasından asılı olmayaraq davam edəcək.

ABŞ əsgərləri İraqın şəhər və əyalətlərini, orada altı il məskunlaşmalarından sonra - iyunun 30-da tərk ediblər. Ötən il İraqla ABŞ arasında təhlükəsizlik üzrə imzalanmış müqaviləyə əsasən, İraqda Birləşmiş Ştatlar qoşunlarının 130 minlik kontingenti qalacaq ki, onlar da 2011-ci ildə ölkəni tərk edəcəklər.

Təhlükəsizlik sistemi İraq milli təhlükəsizlik qüvvələrinin nəzarəti altına keçib. Ancaq ölkədə hələ də partlayışlar və terror aktları davam edir.

Ancaq Əllavi qeyri-sabitliyin İraqda xalqlararası qarşıdurmalara gətirib çıxaracağını istisna edir.

"Burada üç vacib məsələ var: birincisi, xarici siyasət problemi - regionda sabitlik və sakitliyə gətirib çıxaracaq, - Əllavi deyib. - İkincisi, hər hansı icmaya aid olmayan milli dövlət strukturlarının yaradılmasının vacibliyi. Üçüncüsü isə işsizliklə mübarizə yolu ilə daxili iqtisadi durumun yaxşılaşdırılması".

İraqın xarici siyasətindəki problemlərin həlli üçün, Əllavi hesab edir ki, Yaxın Şərqdə regional durumun və siyasi vəziyyətin "yenidən biçilməsi" lazımdır.

"Xarici problemə gəlincə, regionda siyasi iqlimin hansısa gərginlik, qorxutma və təhdid olmadan, ticari və iqtisadi əlaqələr və ümumi maraqlara arxalanaraq, həmçinin daxili problemlərə qarşımadan dəyişdirilməsi vacibdir", - Əllavi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti