...

Gürcüstanlı deputat xristian qəbristanlıqlarının Gürcüstan Pravoslav kilsəsinə verilməsini təklif edir

Siyasət Materials 17 İyul 2009 17:04 (UTC +04:00)
"Kartuli dasi" partiyasının lideri, müxalifətdən olan deputat Condi Baqaturiya "Qermes" ritual şirkətinin fəaliyətinə etiraz olaraq bəyan edir ki, şirkətin "həyasızlığı" bütün çərçivələri aşır.
Gürcüstanlı deputat xristian qəbristanlıqlarının Gürcüstan Pravoslav kilsəsinə verilməsini təklif edir

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Kartuli dasi" partiyasının lideri, müxalifətdən olan deputat Condi Baqaturiya "Qermes" ritual şirkətinin fəaliyətinə etiraz olaraq bəyan edir ki, şirkətin "həyasızlığı" bütün çərçivələri aşır.

Parlamentin bugünkü sessiyasında çıxışı zamanı o qeyd edib ki, qəbristanlıq və cənazələrlə ticarət etmək əxlaq qaydalarına ziddir, bu kimi mövzularda alver etmək utancvericidir.

Deputatın sözlərinə əsasən, bütün qəbristanlıqlar dini fərq daşıyır və buna görə də o, xristian qəbristanlıqlarının Gürcüstan Pravoslav kilsəsinin idarəsinə verilməsini təklif edir.

"Qermes" dəfnetmə şirkəti bir neçə gün bundan öncə məzarlara qulluq üçün ayda 3-10 dollarlıq ödəniş təyin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti