...

Azərbaycan Prezidenti London Sitinin merinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 İyul 2009 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də London şəhərinin meri Alderman İan Luderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də London şəhərinin meri Alderman İan Luderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Luder Azərbaycanda böyük qonaqpərvərliklə qarşılandığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qonaq ölkəmizə səfəri zamanı müxtəlif dövlət strukturlarında keçirdiyi səmərəli görüşlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev ötən həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına uğurlu səfərini və orada keçirdyi səmərəli göruşlərini məmnunluqla xatırlayıb. Dövlət başçısı London merinin ölkəmizə bu səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq və Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanların öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti