...

Azərbaycan Prezidenti isveçrəli həmkarını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 31 İyul 2009 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasinin Prezidenti Hans-Rudolf Mertsə ölkənin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti isveçrəli həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasinin Prezidenti Hans-Rudolf Mertsə ölkənin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Biz Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti