...

Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr aparılacaq

Siyasət Materials 26 Noyabr 2009 09:10 (UTC +04:00)
Azərbaycan və Yaponiya xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr gələn ilin əvvəllərində Bakıda başlayacaq, Azərbaycanın Yaponiyadakı səfirinin məsləhətçisi Gürsəl İsmailzadə çərşənbə günü Trend News-a deyib.
Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr aparılacaq

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Yaponiya siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Azərbaycan və Yaponiya xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr gələn ilin əvvəllərində Bakıda başlayacaq, Azərbaycanın Yaponiyadakı səfirinin məsləhətçisi Gürsəl İsmailzadə çərşənbə günü Trend -a deyib. Yaponiya XİN-in nümayəndə heyəti azərbaycanlı həmkarları ilə dasnışıqlar aparmaq üçün ilin əvvəlində Azərbaycan paytaxtına səfər edəcəklər.

Danışıqlar zamanı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində siyasi əməkdaşlığın bütün məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti