...

Azərbaycan XİN "Euronews" telekanalının rəhbərliyinə məktub göndərib

Siyasət Materials 1 Dekabr 2009 18:55 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Euronews" telekanalının rəhbərliyinə Dağlıq Qarabağla bağlı süjetlə əlaqədar olaraq məktub göndərib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Trend News-a bildirib.
Azərbaycan XİN "Euronews" telekanalının rəhbərliyinə məktub göndərib

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Euronews" telekanalının rəhbərliyinə Dağlıq Qarabağla bağlı süjetlə əlaqədar olaraq məktub göndərib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Trend -a bildirib.

"XİN-in mətbuat xidməti məktubda Dağlıq Qarabağdakı vəziyyətin birtərəfli işıqlandırılmasına mənfi münasibət bildirib", - Poluxov deyib.

"Euronews" kanalında Mikael Rayxmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir.

Poluxovun sözlərinə görə, XİN Azərbaycanın Fransadakı səfirliyinə "Euronews" kanalında bu cür birtərəfli süjetin meydana çıxmasının səbəblərini araşdırmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti