...

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana səfərini başa çatdırır

Siyasət Materials 3 Dekabr 2009 16:26 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunun Qafqaz məsələləri və regional münaqişələr üzrə direktoru İsen Qoldriç Azərbaycana tanışlıq xarakterli işgüzar səfər edəcək. Səfər dekabrın 4-dək uzanacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi Terri Devidson Trend News-a bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana səfərini başa çatdırır

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir V.Javoronkova/

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunun Qafqaz məsələləri və regional münaqişələr üzrə direktoru İsen Qoldriç Azərbaycana tanışlıq xarakterli işgüzar səfər edəcək. Səfər dekabrın 4-dək uzanacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi Terri Devidson Trend -a bildirib.

ABŞ dövlət katibinin köməkçisinin müavini Tina Kaydanov ilə birlikdə bu regiona aid məsələlər üzərində çalışan Qoldriç ABŞ-Azərbaycan məsələləri spektrini öyrənmək üçün Azərbaycan hökumətinin nümayəndələri, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşüb. Avqusta ayında bu vəzifəyə təyin olunan gündən bu onun Azərbaycana ilk səfəridir. O, Cənubi Qafqaz ölkələrinin üçünə də səfər edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti