...

Azərbaycan bələdiyyələrinin statusu haqqında qanun layihələri Venesiya Komissiyasının sessiyasında nəzərdən keçiriləcək

Siyasət Materials 10 Dekabr 2009 13:24 (UTC +04:00)
Bələdiyyələrin statusu haqqında qanun layihələri və Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti barədə məlumatlar Venesiya Komissiyasının dekabrın 11-12-də Venesiyada keçiriləcək 81-ci sessiyasında nəzərdən keçiriləcək, Avropa Şurasının məlumatında deyilir.
Azərbaycan bələdiyyələrinin statusu haqqında qanun layihələri Venesiya Komissiyasının sessiyasında nəzərdən keçiriləcək

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Bələdiyyələrin statusu haqqında qanun layihələri və Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti barədə məlumatlar Venesiya Komissiyasının dekabrın 11-12-də Venesiyada keçiriləcək 81-ci sessiyasında nəzərdən keçiriləcək, Avropa Şurasının məlumatında deyilir.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 üzvün seçilməyi nəzərdə tutulub.

Azərbaycanda bələdiyyə üzvülüyünə təxminən 32 min namizəd qeydiyyatdan keçib, həmçinin 18 siyasi partiyadan namizədlər qeydiyyatdan keçib. Ümumilikdə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı təmsil edirlər.

Evvəllər yerli idarəetmə orqanlarına seçkilər iki dəfə -1999 və 2004-cü illərdə keçirilib.

Həmçinin sessiyada Ermənistan mətbuatında böhtanın qurbanlarına təzminatın ödənilməsi qaydaları ilə bağlı Mülki Məcəlləyə dəyişikliklərin edilməsinə dair qanun layihəsinə baxılacaq.

Gürcüstanla bağlı isə işğal olunmuş ərazilərə dair qanuna düzəlişlər üzrə layihəyə baxılacaq.

Venesiya Komissiyası Avropa Şurasının konstitusiya məsələləri üzrə konsultativ orqanıdır, həmçinin AŞ üzv dövlətlərinə beynəlxalq standartlar əsasında demokratik cəmiyyətin hüquqi əsaslarına dair məsləhətlər verir.

Xəbər lenti

Xəbər lenti