...

Azərbaycanda müşahidəçilər hərbi hissələrdə və həbsxanalarda səsvermə prosesini izləyə biləcəklər - MSK katibi

Siyasət Materials 14 Dekabr 2009 12:17 (UTC +04:00)
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı yerli və xarici müşahidəçilər hərbi hissələrdə və həbsxanalarda səsvermə prosesini izləyə biləcəklər, bazar ertəsi Trend News-a Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.
Azərbaycanda müşahidəçilər hərbi hissələrdə və həbsxanalarda səsvermə prosesini izləyə biləcəklər - MSK katibi

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı yerli və xarici müşahidəçilər hərbi hissələrdə və həbsxanalarda səsvermə prosesini izləyə biləcəklər, bazar ertəsi Trend -a Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.

"Səsvermənin harada keçirilməsindən asılı olmayaraq səsvermənin gedişini izləmək niyyəti ilə müraciət edən istər yerli, istərsə xarici müşahidəçilərə hərtərəfli şərait yaradacağıq", - bazar ertəsi Trend -a Mərkəzi seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Məmmədovun sözlərinə görə, həbsxanalarda və digər qapalı yerlərdə seçkilərə hazırlıq da digər yerlərdəkindən fərqlənmir.

"Biz seçkinin bütün ölkə ərazisində şəffaf keçirilməsini arzulayırıq. Ona görə hər yerdə səsvermə prosesinin yüksək səviyyədə keçiriləcəyinə şübhəmiz yoxdur", - Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti