...

Ermənistanın heç bir hərəkəti Türkiyəni protokolların ratifikasiyasını sürətləndirməyə məcbur edə bilməz - ekspert

Siyasət Materials 19 Dekabr 2009 12:34 (UTC +04:00)
Ermənistanın heç bir hərəkəti Türkiyəni protokolların ratifikasiyasını sürətləndirməyə məcbur edə bilməz. ABŞ Prezidenti yanında keçmiş məsləhətçi Frederik Star belə hesab edir.
Ermənistanın heç bir hərəkəti Türkiyəni protokolların ratifikasiyasını sürətləndirməyə məcbur edə bilməz - ekspert

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Y.Ostapenko/

Ermənistanın heç bir hərəkəti Türkiyəni protokolların ratifikasiyasını sürətləndirməyə məcbur edə bilməz. ABŞ Prezidenti yanında keçmiş məsləhətçi Frederik Star belə hesab edir.

"Kağız vərəqləri imzalamaq prosesin mürəkkəb hissəsi deyil. Çətini milli razılığa gəlməkdir", - Con Hopkins Universitetinin professoru Star Trend -a deyib.

Ermənistan Prezidenti Serj Sarkisyanın tapşırığı ilə beynəlxalq müqavilələrə dair qanunvericilikdə ölkənin imzasının geri götürülməsi imkanlarını nəzərdə tutan düzəlişlər hazırlanır.

Dekabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Star həm Türkiyənin, həm də Ermənistanın daxili siyasətində mürəkkəb vəziyyəti nəzərə alaraq məsələnin asanlıqla həllinə inanmır.

"Türkiyə və Ermənistanının protokollarla bağlı daxili siyasətini yalnız filosof və psixiatr anlaya bilər", - o deyib.

Onun sözlərinə görə, protokolların imzalanması hər iki ölkədə mürəkkəb prosesdir. Azərbaycandan isə bu vəziyyətdə 2009-cu ildə olduğu kimi ehtiyatlı və müşahidəçi olmaq tələb olunur.

Xəbər lenti

Xəbər lenti