...

Naxçıvan MR-ın Səhiyyə Naziri Təbrizə səfər edib

Siyasət Materials 20 Dekabr 2009 13:21 (UTC +04:00)
Azərbaycanın Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov bazar günü İranın Təbriz şəhərinə səfər edib. İki günlük səfər zamanı Novruzov Təbrizin dərman istehsalı fabrikinə, Şəhriyar və Şəms Təbrizi özəl xəstəxanalarına və Şəhid Mədəni və İmam Rza xəstəxanalarına baxış keçirəcək. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Naxçıvan MR-ın Səhiyyə Naziri Təbrizə səfər edib

Azərbaycanın Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov bazar günü İranın Təbriz şəhərinə səfər edib. İki günlük səfər zamanı Novruzov Təbrizin dərman istehsalı fabrikinə, Şəhriyar və Şəms Təbrizi özəl xəstəxanalarına və Şəhid Mədəni və İmam Rza xəstəxanalarına baxış keçirəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.  

Azərbaycanın Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov və onu müşayiət edən nümayəndə heyəti bu gün Təbriz Tibb Universitetinin rektoru Əhməd Əli Xəlili ilə görüş keçirib.

Görüşdə Xəlili bildirib ki, Təbriz Tibb Universitetinin nəznində 40 xəstəxana var. "Naxçıvan MR-da yaşayan xəstələr Təbriz şəhərinə müalicə üçün müraciət edirlər və bəzi vaxtlar problemlərlə üzləşirlər. Naxçıvanlı xəstələrin Təbriz xəstəxanalarında müalicəsini təmin etmək və onlara güzəştlər etmək məqsədi ilə, biz Naxçıvan MR-ı ilə səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırıq", -deyə Xəlili deyib.

Xəlili əlavə edib ki, Naxçıvan tərəfi istəyərsə, biz Muxtar Respublikada müxtəlif xəstəliklər, o cümlədən göz xəstəlikləri, ürək və damar xəstəlikləri üzrə həkimlər və cərrahlar göndərməyə hazırıq. 

Xəlili həmçinin Naxçıvan MR-in dərman preparatları sahəsində də Təbriz Universiteti ilə əməkdaşlıq edə biləcəyini söyləyib.

Novruzov bildirib ki, ümid edirəm ki, bu səfərdə Təbriz Tibb Universiteti və Naxçıvan MR arasında razılaşma əldə olunacaq və Naxçıvan əhalisinin Təbrizdə müalicə edilməsi sahəsində yaşanan problemlər öz həllini tapacaq.

Novruzov əlavə edib ki, Azərbaycanın Naxçıvan MR səhiyyə nazirliyi Təbriz Tibb Universitetinin həkimlərini Naxçıvana dəvət edəcək.

Xəbər lenti

Xəbər lenti