...

Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artıb - parlamentin birinci vitse-spikeri

Siyasət Materials 30 Dekabr 2009 13:26 (UTC +04:00)
Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artıb. Bu barədə Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib.
Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artıb - parlamentin birinci vitse-spikeri

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artıb. Bu barədə Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ölkəmizin birbaşa əlaqələr yaratdığı dövlətlərin sırası genişlənməkdədir, mövcud olan əlaqələr isə daha da möhkəmlənir. "Azərbaycan beynəlxalq təşkilatlarda mövqeyini daha da möhkəmləndirib, ölkəmizin bu təşkilatlarda təmsilçiliyi yüksək səviyyədə təmin olunub", - Əsgərov deyib.

Milli Məclis sədrinin birinci müavini hesab edir ki, bu uğurlar əvvəlki illərdə əsası qoyulmuş siyasi-iqtisadi islahatların məntiqi nəticəsidir.

O, 2009-ci ilin ən mühüm hadisələrindən biri kimi bu il martın 18-də keçirilmiş referendumu hesab edir. "Hər bir ölkənin inkişafında, dövlətçilik sütunlarının möhkəmlənməsində Konstitusiya mühüm rol oynayır. Ona görə də "Ana Qanun"da zamanın tələblərinə uyğun müəyyən dəyişikliklərin edilməsi vacibdir və Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklər də bu zərurətdən doğur", - Əsgərov bildirib.

Milli Məclisin birinci vitse-spikeri 2009-cu ildə digər mühüm hadisə kimi məhz Azərbaycanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılmasını qeyd edib.

Xəbər lenti

Xəbər lenti