...

Azərbaycanda parlament seçkiləri ilə bağlı bitərəf və tanınmış ziyalılardan ibarət blokun yaradılması istisna edilmir

Siyasət Materials 7 Yanvar 2010 14:03 (UTC +04:00)
"Parlament seçkilərinin ilin sonlarında keçirilməsi nəzərdə tutulsa da, seçkilərdə iştirak üçün məsləhətləşmələr aparılır və konkret qərar yazda qəbul olunacaq", - cümə axşamı Trend News-a "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda parlament seçkiləri ilə bağlı bitərəf və tanınmış ziyalıların bloku yaradıla bilər.

"Parlament seçkilərinin ilin sonlarında keçirilməsi nəzərdə tutulsa da, seçkilərdə iştirak üçün məsləhətləşmələr aparılır və konkret qərar yazda qəbul olunacaq", - cümə axşamı Trend -a "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Milli Məslisə bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Namazovun sözlərinə görə, parlament seçkilərində fərdi qaydada iştirtak etməklə nə müxalifətin, nə də digər ictimai qurumların uğur əldə etməsi mümkün deyil. "Bunu nəzərə alaraq ciddi məsləhətləşmələrin aparılmasına, seçkiqabağı situasiyadan ciddi nəticə çıxarılmasına ehtiyac var", - forum rəhbəri əlavə edib.

Onun fikrincə, müxalifət indiyə qədər olan səhvlərindən də nəticə çıxarmalıdır. "Məqsədimiz düşünülmüş addımlar atmaq, seçkilərdə maksimum birliyə nail olmaqdır. Ölkənin tanınmış ziyalılarının prosesə qoşulması da vacibdir. Düşünürəm ki, məsləhətləşmələr nəticəsində 2005-ci il seçkilərində olduğu kimi vahid namizədlərlə prosesə qoşula bilərik. Amma bununla bağlı qərar verməyə tələsmirik", - Namazov vurğulayıb.

Eldar Namazov 1993-1999-cu illərdə prezident köməkçisi və Prezident Katibliyinin rəhbəri işləyib. 1999-cu ildə vəzifəsindən istefa verəndən sonra "Azərbaycan Naminə" İctimai Forumu təsis edib. Namazov 2005-ci il parlament seçkisində iştirak etmək üçün yaradılan "Yeni Siyasət" seçki blokunun həmtəsisçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti