...

Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərar Azərbaycanın rəsmi Yerevanla danışıqlarda tutduğu mövqenin haqlı olduğunu göstərir - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 22 Yanvar 2010 14:22 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokolları ilə bağlı çıxardığı qərar Azərbaycanın Ermənistanla apardığı danışıqlarda tutduğu mövqenin doğru olduğunu göstərir.
Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərar Azərbaycanın rəsmi Yerevanla danışıqlarda tutduğu mövqenin haqlı olduğunu göstərir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokolları ilə bağlı çıxardığı qərar Azərbaycanın Ermənistanla apardığı danışıqlarda tutduğu mövqenin doğru olduğunu göstərir.

"Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərarla bağlı Türkiyə tərəfi bir daha gördü ki, Azərbaycan Prezidenti İlham Əliyevin əvvəldən Ermənistan tərəfi ilə danışıqlarda tutduğu mövqe haqlıdır. Bununla Türkiyə görür ki, kimlərlə iş aparır", - Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: Türkiyənin dövlət naziri Cəmil Çiçək öncə mətbuata açıqlamasında bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan-Türkiyə protokolları məsələsinə müdaxilə etməsi həmin sənədlərin ruhuna ziddir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu erməni həmkarı Edvard Nalbandyan ilə telefon söhbətində Ermənistanın Konstitusiya Məhkəməsinin Ermənistan-Türkiyə protokolları məsələsinə müdaxiləsi ilə əlaqədar olaraq narazılığını ifadə edib.

Ermənistanın Konstitusiya Məhkəməsi ötən il noyabrın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Xəbər lenti

Xəbər lenti