...

Hakim Yeni Azərbaycan Partiyasının 500 000-ci üzvünə vəsiqə təqdim olunub

Siyasət Materials 2 Fevral 2010 11:51 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) bu gün 500 000-ci üzvünə vəsiqə təqdim olunub.
Hakim Yeni Azərbaycan Partiyasının 500 000-ci üzvünə vəsiqə təqdim olunub

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir A.Hüseynbala/

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) bu gün 500 000-ci üzvünə vəsiqə təqdim olunub.

Trend -un məlumatına görə, YAP-ın 500 000-ci üzvünə vəsiqəni təqdim edən partiyanın sədr müavini, deputat Əli Əhmədov bildirib ki, yeni üzv olunan şəxs Bakı Dövlət Universitetinin tələbəsi Ləman Fərzəliyevadır.

Əhmədov bildirib ki, hər il partiyaya təxminən 30 min üzv qəbul olunur.

"Ümid edirik ki, gələn il bu vaxt partiyanın üzvləri 530 000-ni ötəcək", - YAP-ın sədr müavini əlavə edib.

YAP rəsmisi deyib ki, partiyanın üzvləri arasında gənclər də aktivdir.

"Ölkədə sayına və gücünə görə, YAP-a alternativ olan siyasi qüvvə yoxdur. Azərbaycanda hər 10 seçisindən biri YAP-ın üzvüdür", - Əhmədov bildirib.

YAP 1992-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Artıq 17 ildir hakimiyyətdədir.

Xəbər lenti

Xəbər lenti