...

Azərbaycan XİN-in rəhbəri Parisdə prezident Sarkozinin köməkçisi ilə danışıqlar keçirəcək

Siyasət Materials 4 Mart 2010 13:48 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 5-də Parisə səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozinin xarici siyasət məsələləri üzrə köməkçisi Jan David Levitlə görüşəcək. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend News-a bildirib.
Azərbaycan XİN-in rəhbəri Parisdə prezident Sarkozinin köməkçisi ilə danışıqlar keçirəcək

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 5-də Parisə səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozinin xarici siyasət məsələləri üzrə köməkçisi Jan David Levitlə görüşəcək. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a bildirib.

"Fransa Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Jan David Levit ilə görüşündən əlavə nazirin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır", - Poluxov bildirib.

Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov martın 5-i Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə martın 2-si nazir jurnalistlərə bildirib.

Xəbər lenti

Xəbər lenti