...

Azərbaycanın "İrəli" İctimai Birliyinin Şimali Kiprdə nümayəndəliyi fəaliyyətə başladı

Siyasət Materials 22 Mart 2010 11:28 (UTC +04:00)
Şimali Kiprin Yaxın Şərq (Yakın Doğu) Universiteti və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə martın 21-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın "İrəli" İctimai Birliyinin Şimali Kiprdə nümayəndəliyi fəaliyyətə başladı

Azərbaycan, Bakı, 22 mart / Trend , müxbir M.Əliyev/

Şimali Kiprin Yaxın Şərq (Yakın Doğu) Universiteti və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə martın 21-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə "İrəli" İctimai Birliyinin Kipr nümayəndəliyinin fəaliyyətə başlaması elan olunub. Nümayəndəlik Lefkoşada yaşayan və təhsil alan azərbaycanlı və digər ölkələrin vətəndaşları olan gəncləri ətrafında birləşdirəcək. Bu barədə "İrəli" İB-nin məlumatında deyilir.

Yaxın Şərq Universitetinin Atatürk Konqres Mərkəzində keçirilmiş tədbirdə Cavanşir Quliyevin müşayiəti ilə səhnəciklər, Azərbaycandan dəvət edilmiş müğənni Aqşin Abdullayevin ifasında klassik Azərbaycan və xalq mahnıları, eləcə də Yaxın Şərq Universitetində təhsil alan azərbaycanlı tələbələrin hazırladığı milli rəqslər və şeir nümunələri qonaqlara təqdim olunub.

Həmçinin, tədbir iştirakçılarına "İrəli" İctimai Birliyinin fəaliyyəti haqqında məlumat verilib.

Xəbər lenti

Xəbər lenti