...

Rusiya Donanmasının Sevastopolda olması pulla ölçülmür – rusiyalı politoloq Eduard Popov

Siyasət Materials 21 May 2010 11:40 (UTC +04:00)
Elə şeylər var, onlar pulla ölçülmür və Sevastopol da bunlardan biridir. Rusiyanın Strateji Araşdırmalar İnstitutunun analitiki Eduard Popov belə hesab edir.
Rusiya Donanmasının Sevastopolda olması pulla ölçülmür – rusiyalı politoloq Eduard Popov

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Y.Ostapenko/

Elə şeylər var, onlar pulla ölçülmür və Sevastopol da bunlardan biridir. Rusiyanın Strateji Araşdırmalar İnstitutunun analitiki Eduard Popov belə hesab edir.

"Sevastopol unikal hərbi bazadır və Qara dənizdə başqa belə baza yoxdur. Bundan başqa, Sevastopol rus dünyasının müqəddəs yerlərindən biri, rus hərbi qəhrəmanlıq tarixinin cəmləşdiyi yerdir; bu, Moskva, Borodino kimi müqəddəs yerdir", - Bakıda səfərdə olan Popov jurnalistlərə bildirib.

Aprel ayında Ukrayna və Rusiya prezidentləri Rusiyanın Qara dəniz Donanmasının Ukraynanın liman şəhəri Sevastopolda qalması müddətinin 25 il uzadılması barədə müqavilə imzalayıblar. Bu müddətin sonradan 5 il də uzadılması mümkündür. Öz növbəsində, Ukrayna, Rusiya qazını 30 faiz ucuz almağa nail olub ki, bu, Rusiyaya 10 il ərzində 40 milyard dollara başa gələcək.

"Rusiyanın Sevastopolda qalması hesabına başa gələn qiymət özünü doğruldur", - Popov belə hesab edir.

"Sevastopol neçə dəfə mühasirədə qalıb, neçə dəfə Rusiyanın sərhədlərini qoruyub. Ona görə də o, Rusiya üçün, hətta unikal hərbi-dəniz bazasından da çox önəm kəsb edir. Sevastopolu itirmək, hansısa həddə Rusiyanı itirmək deməkdir", - RSAİ-nin "Qara dəniz - Xəzər" İnformasiya Analitik Mərkəzinə başçılıq edən Popov bildirib.

O deyib ki, ukraynalı siyasətçilər yeni pleyadalar qoşurlar, Qərb siyasətçiləri və hərbi xadimləri Rusiyanın Sevastopoldan getməli olduğunu çox asanlıqla müzakirə edirlər, bu şəhərin Rusiya üçün nə qədər önəmi olduğunu başa düşmürlər.

Bundanəvvəlki Ukrayna hakimiyyəti icarənin müddətinin uzadılması mümkünlüyü ilə bağlı ciddi şübhələrini ifadə edirdi, lakin Viktor Yanukoviç başda olmaqla, yeni hökumət Rusiya tərəfi ilə əməkdaşlıq etməyə daha çox meyillidir.

Son illər Sevastopolda Rusiya Donanmasını dəstək məqsədilə dəfələrlə mitinqlər, yürüşlər və hətta baykerlərin motosiklet yarışları keçirilib. Demək olar, sevastopolluların yarısı üçün o, əsas mövcudluq mənbəyidir. Hərbi liman yüzlərlə iş yeri deməkdir.

Popovun sözlərinə görə, müqavilə ikitərəfli əməkdaşlıq sahəsində bir neçə əlavə, lakin tam müstəqil tapşırıqların həyata keçirilməsinə imkan verir.

Rusiya qazın qiymətinin artırılmayacağı ilə yanaşı, şəhər infrastrukturunu inkişaf etdirməyi öhdəsinə götürüb.

Rusiya və Ukraynanın iqtisadi korporasiya üçün çoxlu perspektivi var. Onun sözlərinə görə, Ukraynada yerləşən "Nikolayev" Qara dəniz Gəmiqayırma Mərkəzi hazırda, demək olar işləmir, Rusiya isə yeni gəmilərin qıtlığını hiss edir.

"Onları xaricdən almaq əvəzinə, bu gəmi istehsalının özünü yenidən bərpa etmək daha perspektivli olar", - Popov deyib.

Bir qədər əvvəl Rusiya Dövlət Dumasının deputatı Mixail Nenaşevin bəyan etdiyi kimi, Rusiya Donanmasının gəmi parkının yenilənməsinə Ukraynanın özü yardım edə bilər. Nikolayevdəki gəmiqayırma zavodunda olan "Ukrayna" raket kreyseri 70 faiz hazırdır və Rusiya Hərbi-Dəniz Donanmasının tərkibinə daxil edilə bilər.

"Rusiya və Ukraynanın ayrı-ayrı dövlətlər olmasına baxmayaraq, biz bir xalqıq, aramızda gözəçarpan yaxınlaşma isə siyasət deyil, tarixdir", - Popov deyib.

Xəbər lenti

Xəbər lenti