...

Azərbaycan və Türkiyə xalqları daim bir-birlərini dəstəkləyəcək – Prezident İlham Əliyev

Siyasət Materials 8 İyun 2010 15:23 (UTC +04:00)
Azərbaycan Qəzza sektoruna humanitar yardım aparan konvoya hücum nəticəsində, mülki şəxslərin həlak olmasına gətirib-çıxaran insidentlə əlaqədar Türkiyəyə öz dəstəyini ifadə edir və İsrailin hərəkətlərini pisləyir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İstanbulda bəyan edib, - məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.
Azərbaycan və Türkiyə xalqları daim bir-birlərini dəstəkləyəcək – Prezident İlham Əliyev

Azərbaycan Qəzza sektoruna humanitar yardım aparan konvoya hücum nəticəsində, mülki şəxslərin həlak olmasına gətirib-çıxaran insidentlə əlaqədar Türkiyəyə öz dəstəyini ifadə edir və İsrailin hərəkətlərini pisləyir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İstanbulda bəyan edib, - məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə xalqları daim bir-birini dəstəkləyəcəklər.

"Biz Türkiyənin tərəfindəyik və Qəzza sektoruna humanitar yardım aparan konvoya hücum nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar ona dəstək ifadə etmək istəyirik. Öz adımdan və Azərbaycan xalqı adından türk xalqına dərin hüznlə başsağlığı verirəm", - Azərbaycan Prezidenti deyib.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İstanbulda öz işinə başlayan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQFETM) ölkələrinin dövlət və hökumət başçılarının III sammitində iştirak edir.

Azərbaycanın regional əməkdaşlıq çərçivəsində öz öhdəliklərini yerinə yetriməyə hazır olduğuun bildirən Prezident İlham Əliyev bəyan edib ki, həmin qarşılıqlı əlaqələr təhlükəsizliyin azalmasına kömək edir. O əlavə edib ki, bununla əlaqədar Asiya regionunda görülən tədbirlər dünyadakı qlobal ölçülərin əksəriyyətini təşkil edir. Azərbaycan Prezidenti, həmçinin, terrorizmin hər hansı təzahürünü pislədiyini bəyan edib.

"Yaxşı və pis terror olmur. Terrorizmlə və onun nəticələri ilə mübarizədə səylərimizi birləşdirmək zəruridir", - Azərbaycan Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti