...

Dubaydan Azərbaycana büllur qablar gətirən iki tranzit yük maşını saxlanılıb

Siyasət Materials 1 İyul 2010 14:32 (UTC +04:00)
Dubaydan Azərbaycana büllur qablar və parfümer məhsulları gətirən iki tranzit yük maşını qanunsuz olaraq yükünü İranın Kərəc şəhərində boşaldıb və əvəzində saxta sənədlərlə sement yükləyib, sərhədçiləri aldatmaq istəyərkən saxlanılıb. Bunu İranın Astara gömrük xidmət rəisi Səid Firuzabadi cümə axşamı deyib. Bu barədə Trend İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Dubaydan Azərbaycana büllur qablar gətirən iki tranzit yük maşını saxlanılıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

Dubaydan Azərbaycana büllur qablar və parfümer məhsulları gətirən iki tranzit yük maşını qanunsuz olaraq yükünü İranın Kərəc şəhərində boşaldıb və əvəzində saxta sənədlərlə sement yükləyib, sərhədçiləri aldatmaq istəyərkən saxlanılıb. Bunu İranın Astara gömrük xidmət rəisi Səid Firuzabadi cümə axşamı deyib. Bu barədə Trend İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Firuzabadi əlavə edib ki, İran ərazisində qanunsuz boşaldılmış büllur qablar və parfümer məhsullarının ümumu həcmi 46 min ton və ümumi dəyəri isə 75 milyon dollar təşkil edib.

"Hadisə ilə bağlı altı nəfər həbs olunub", -deyə Firuzabadi deyib.

Firuzabadi deyib ki, saxlanılan şəxslər külli miqdarda vəsait əldə etmək məqsədilə, Çexiya istehsalı olan büllur qabları İranda qanunsuz satıblar və bundan mal sahiblərinin də məlumatı olub.

Firuzabadi deyib ki, saxlanılan şəxslər haqqında cinayət işi açılıb və hazırda araşdırma aparılır. O, saxlanılan şəxslərin kimliyi və hansı ölkə vətəndaşı olması haqda məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti