...

Sentyabrda Azərbaycana Norveçin yeni səfiri gələcək

Siyasət Materials 5 İyul 2010 11:17 (UTC +04:00)
Sentyabrda Bakıya Norveçin Azərbaycandakı və Gürcüstandakı yeni səfiri Erlinq Skyonberq (Erling Skjonsberg) gələcək. Bu barədə Trend-ə adıçəkilən ölkələrdə fəaliyyət göstərən Norveç diplomatik missiyasının rəhbəri Yon Ramberq deyib.
Sentyabrda Azərbaycana Norveçin yeni səfiri gələcək

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir S.Ağayeva/

Sentyabrda Bakıya Norveçin Azərbaycandakı və Gürcüstandakı yeni səfiri Erlinq Skyonberq (Erling Skjonsberg) gələcək. Bu barədə Trend-ə adıçəkilən ölkələrdə fəaliyyət göstərən Norveç diplomatik missiyasının rəhbəri Yon Ramberq deyib.

Diplomatın sözlərinə görə, Skyonberq fəaliyyətinə Norveçin ATƏT-dəki nümayəndəliyinin rəhbəri kimi başlayıb və eləcə də Afrika və Kot-Divuarda çalışıb.

"Bu onun səfir kimi ilk iş təcrübəsi olacaq", - Ramberq bildirib.

Azərbaycan və Gürcüstan üzrə fəaliyyətdə olan səfir Ramberqin missiyası iyulda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti