...

Beynəlxalq birlik Gürcüstan-Rusiya probleminin həllinə sülh yolu ilə nail olmağa çalışır – Fransa səfiri

Siyasət Materials 9 İyul 2010 20:37 (UTC +04:00)
Beynəlxalq birlik Gürcüstan-Rusiya probleminin həllinə sülh yolu ilə nail olmağa çalışır. Bu barədə jurnalistlərlə söhbətində Fransanın Gürcüstandakı səfiri Erik Furnye deyib.
Beynəlxalq birlik Gürcüstan-Rusiya probleminin həllinə sülh yolu ilə nail olmağa çalışır – Fransa səfiri

Gürcüstan, Tbilisi, 9 iyul /Trend, müxbir N.Kirsxaliya/

Beynəlxalq birlik Gürcüstan-Rusiya probleminin həllinə sülh yolu ilə nail olmağa çalışır. Bu barədə jurnalistlərlə söhbətində Fransanın Gürcüstandakı səfiri Erik Furnye deyib.

O, Rusiya XİN rəhbəri Sergey Lavrovun Gürcüstan-Rusiya əməkdaşlığının mümkünlüyü ilə bağlı kompromis bəyanatını da şərh edib və bildirib ki, ABŞ dövlət katibinin səfəri və Fransa xarici işlər nazirinin qarşıdan gələn səfəri məhz Gürcüstan və Rusiya arasında dialoqun başlanmasına xidmət edir.

"Klintonun səfəri və Bernar Kuşnerin qarşıdan gələn səfəri (14 iyul) bu ölkələrin tərəflər arasında dialoqa zəmin yaratmaq istəyinə sübutdur. Biz istəyirik ki, Gürcüstan və Rusiya arasında dialoq olsun və problemlər bu yolla həll edilsin", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti