...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Polşanın səfiri ilə görüşüb

Siyasət Materials 12 İyul 2010 21:35 (UTC +04:00)
İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşanın Bakıdakı səfiri Kşiştof Krayevski ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Polşanın səfiri ilə görüşüb

İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşanın Bakıdakı səfiri Kşiştof Krayevski ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban xanım Əliyeva ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeninə layiq görülmüş səfiri bu münasibətlə təbrik etdi. Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, K.Krayevskinin səfir postunda fəaliyyəti bu illər ərzində Azərbaycan ilə Polşa arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə vermişdir.

Mehriban xanım ölkəmizdə diplomatik fəaliyyətini başa vuran K.Krayevskinin bundan sonra harada çalışmasından asılı olmayaraq, hər zaman Azərbaycanın dostu olaraq qalacağına ümidvar olduğunu bildirdi.

Xoş sözlərə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirən səfir, Azərbaycanın onun üçün doğma ölkə olduğunu, burada çoxlu dostlar qazandığını söylədi.

Azərbaycandakı fəaliyyətinin zəngin olduğunu deyən səfir K.Krayevski hər zaman ölkələrimiz arasında əlaqələrin genişlənməsinə çalışdığını bildirdi. O dedi ki, səfirlik Fondla birlikdə Azərbaycanda "Şopen ili"ni keçirir. İkitərəfli əməkdaşlıq çərçivəsində isə Samux rayonunun Sarıqamış kəndində məktəb inşa olunmuşdur.

Xəbər lenti

Xəbər lenti