...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin mümkün bağlanması məsələsi hələlik yalnız müzakirə olunur – Piter Semnebi

Siyasət Materials 15 İyul 2010 12:54 (UTC +04:00)
Avrora İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin mümkün bağlanması məsələsi üzrə yalnız müzakirələr aparılır, hələ qərar qəbul olunmayıb. Bu barədə Aİ-nin regiondakı xüsusi nümayəndəsi Piter Semnebi Suxumidə jurnalistlərə bildirib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin mümkün bağlanması məsələsi hələlik yalnız müzakirə olunur – Piter Semnebi

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

Avrora İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin mümkün bağlanması məsələsi üzrə yalnız müzakirələr aparılır, hələ qərar qəbul olunmayıb. Bu barədə Aİ-nin regiondakı xüsusi nümayəndəsi Piter Semnebi Suxumidə jurnalistlərə bildirib.

"Bu, Aİ-də yeni diplomatik xidmətin işə başlaması ilə bağlıdır. Vəd edirəm ki, istənilən halda Cənubi Qafqaz Aİ-nin diqqətindən kənarda qalmayacaq", - Semnebi bildirib.

Xarici əlaqələr üzrə Avropa komissarı Ketrin Eşton bir neçə həftə əvvəl Avrora İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin ləğv edilməsinin mümkünlüyü barədə bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti