...

Azərbaycanda vətəndaşın müraciətinə əsasən Baş Prokurorluq tərəfindən araşdırma davam etdirilir

Siyasət Materials 15 İyul 2010 17:17 (UTC +04:00)
Azərbaycanda vətəndaşın müraciətinə əsasən baş prokurorluğun araşdırılması davam etdirilir. Bu barədə Trend-ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda vətəndaşın müraciətinə əsasən Baş Prokurorluq tərəfindən araşdırma davam etdirilir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda vətəndaşın müraciətinə əsasən baş prokurorluğun araşdırılması davam etdirilir. Bu barədə Trend-ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Göyçay rayon sakini Nəriman Ağayevin qızının vəfat etməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırmanın obyektiv aparılmaması və prokurorluğun müstəntiqi Aftandil Babayevin ona qarşı qanunazidd hərəkətlərə yol verməsi barədə müraciətlərinə Baş Prokurorluqda baxılıb.

Müəyyən edilib ki, Göyçay rayonunun Şahsoltanlı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayeva Zümrüd Nəriman qızının 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə vəfat etməsi faktı ilə bağlı müstəntiq A.Babayev tərəfindən toplanmış material üzrə 8 dekabr 2009-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, mərhumun atası N.Ağayevin qızının meyitinin daxili müayinəsinin aparılmaması üçün müstəntiq A.Babayevin ondan pul tələb etməsi ilə əlaqədar müraciəti əsasında Baş Prokurorluqda xidməti yoxlama aparılıb və cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə 8 may 2010-cu il tarixdə cinayət işinin başlanması rədd edilib.

Ağayev qəbul edilmiş qərarlardan narazı qalaraq müxtəlif dövlət qurumlarının rəhbərlərinə, o cümlədən baş prokurora qızının vəfat etməsi ilə əlaqədar araşdırmanın obyektiv aparılmaması və bu zaman meyitin daxili müayinəsinin aparılmaması, eyni zamanda, rayon prokurorluğunun müstəntiqi A.Babayevin ona qarşı qanunazidd hərəkətləri barədə etdiyi müraciətlərində həmin məsələlərə aydınlıq gətirilməsi və təqsirkar şəxslərin cəzalandırılmasını xahiş edib.

Baş Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində Cinayət-Prosessual Məcəlləsinin 84.5.8 və 212.4.1-ci maddələrinin tələblərini rəhbər tutaraq baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun qərarı əsasında Ağayev Nəriman Salman oğlunun müraciəti əsasında Baş Prokurorluğun Təşkilat-analitik idarəsində toplanmış material üzrə idarə prokuroru Səyyaf Qubadov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 08.05.2010-cu il tarixli qərar ləğv edilib. Material üzrə əlavə araşdırmanın aparılması Baş Prokurorluğun Təşkilat-analitik idarəsinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti