...

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət komissiyasının yeni tərkibini təsdiq edib

Siyasət Materials 17 İyul 2010 01:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət komissiyasının yeni tərkibini təsdiq edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən Komissiyanın yeni tərkibi aşağıdaki kimi müəyyən edilib:

Komissiyanın sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Araz Əzimov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Fuad İsmayılov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Vyana şəhərində beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
Siyavuş Azakov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın katibi)

Sərəncama əsasən Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə müvafiq bildiriş göndərilsin.

Xəbər lenti

Xəbər lenti