...

Gürcüstanın yeni Konstitusiya layihəsi bu gün Parlamentə təqdim olunacaq

Siyasət Materials 21 İyul 2010 11:05 (UTC +04:00)
Bu gün Gürcüstanın yeni Konstitusiya layihəsi ölkə Parlamentinə təqdim olunacaq.
Gürcüstanın yeni Konstitusiya layihəsi bu gün Parlamentə təqdim olunacaq

Gürcüstan, Tbilisi, 21 iyul /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanın yeni Konstitusiya layihəsi ölkə Parlamentinə təqdim olunacaq.

Gürcüstan Prezidenti layihəni Parlament bürosunun növbədənkənar iclasına təqdim edəcək.

Bu gün həm də Parlament növbədənkənar iclasında Konstitusiyaya düzəlişləri ictimaiyyətin müzakirəsinə təqdim etmək üçün təşkilat komissiyası yaradacaq.

Komissiya bir ay ərzində işləyəcək. Bu dövrdə o, ölkə vətəndaşlarından iradlar alacaq və cəmiyyətin müxtəlif təbəqələri ilə düzəlişlərin müzakirəsini aparacaq.

İctimai müzakirələr başa çatdıqdan sonra, Parlament payız sessiyasında Konstitusiya komissiyası tərəfindən işlənilıb-hazırlanan Konstitusiya layihəsinə baxacaq.

Yeni Konstitusiya Parlamentə və Baş nazirə əlavə hüquqlar verməklə, Prezidentin səlahiyyətlərini kəskin şəkildə məhdudlaşdırır. Müxalifət hesab edir ki, yeni Konstitusiya hazırkı Prezident Mixeil Saakaşvilinin diqtəsi ilə yazılır. Belə ki, 2013-cü ildə onun səlahiyyət müddəti başa çatdıqdan sonra, Saakaşvili ölkə qarşısında Baş nazir və ya Parlamentin spikeri kimi dura bilər.

Xəbər lenti

Xəbər lenti