...

YUNESKO-nun baş direktoru Azərbaycanın mədəni-tarixi irsinin dağıdılması ilə bağlı narahatlığını bildirib

Siyasət Materials 30 İyul 2010 17:09 (UTC +04:00)
YUNESKO-nun baş direktoru Azərbaycanın mədəni-tarixi irsinin dağıdılması ilə bağlı narahatdır. YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvləri ilə görüşündə belə deyib.
YUNESKO-nun baş direktoru Azərbaycanın mədəni-tarixi irsinin dağıdılması ilə bağlı narahatlığını bildirib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir S.Ağayeva/

YUNESKO-nun baş direktoru Azərbaycanın mədəni-tarixi irsinin dağıdılması ilə bağlı narahatdır. YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvləri ilə görüşündə belə deyib. Bu barədə XİN mətbuat mərkəzini məlumatında deyilir.

Baş direktorun sözlərinə görə, mədəni abidələrin qorunması YUNESKO üçün prioritetdir.

Azərbaycanın YUNESKO ilə geniş əməkdaşlığına böyük əhəmiyyət verdiyini qeyd edən Məmmədyarov ölkəmizlə YUNESKO kimi mühüm beynəlxalq təşkilat arasında mədəni və təbii irsin qorunması, elm və təhsil, ekologiya və digər sahələrdə münasibətlərin yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Məmmədyarov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında ermənilərin mədəni-tarixi irsimizin dağıtması və mənimsəməsini bildirib.

Bokova ilə görüşdə komissiya üzvləri prioritet istiqamətlər üzrə əməkdaşlığın vacib aspektlərinə dair fikir və mülahizələrini bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti