...

Avropa Şurası Parlament Assambleyasının yeni Baş katibi seçilib

Siyasət Materials 5 Oktyabr 2010 23:08 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının ikinci iş günündə qurumun Baş katibi postuna seçkilər keçirilib. 246 deputatın iştirak etdiyi səsvermədə polşalı Wojciech Sawicki 151 səs lehinə olmaqla AŞ PA-nın yeni Baş kaibi seçilib. Bu posta seçilmək üçün 122 əksər səsçoxluğu tələb olunurdu. Səsvermənin nəticələri AŞ PA sədri Mevlüt Çavuşoğlu tərəfindən sessiyada elan edilib.
Avropa Şurası Parlament Assambleyasının yeni Baş katibi seçilib

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A. Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının ikinci iş günündə qurumun Baş katibi postuna seçkilər keçirilib. 246 deputatın iştirak etdiyi səsvermədə polşalı Wojciech Sawicki 151 səs lehinə olmaqla AŞ PA-nın yeni Baş kaibi seçilib. Bu posta seçilmək üçün 122 əksər səsçoxluğu tələb olunurdu. Səsvermənin nəticələri AŞ PA sədri Mevlüt Çavuşoğlu tərəfindən sessiyada elan edilib.

Wojciech Sawicki 2006-cı ilin may ayından AŞ PA Baş katibinin müavini vəzifəsini icra edir. Yeni Baş katib beş il müddətinə seçilib və səlahiyyətlərinin icrasına 1 fevral 2011-ci ildən başlayacaqdır.

Qeyd edək ki, AŞ PA Baş katibi postuna təyinata dair prosedur qaydalarına uyğun olaraq, 12 iyul 2010 tarixində AŞ Nazirlər Komitəsi tərəfindən AŞ PA-ya iki namizədin adları olan siyahı təqdim edilmişdi. Siyahıda olan digər namizəd niderlandlı Jan Kleijssen idi. O, 2007-ci ilin may ayından AŞ İnsan hüquqları və Hüquqi məsələlər Baş Direktorluğunda çalışır.

Sözügedən postu 1 fevral 2006-cı ildən səlahiyyət müddəti bitməkdə olan Matias Sorinas icra edir. O, bu vəzifəyə 4 oktyabr 2005-ci ildə seçilib.

Xəbər lenti

Xəbər lenti