...

İran Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində təhlükəsizliklə bağlı konvensiyanın qəbul ediləcəyinə inanır

Siyasət Materials 12 Oktyabr 2010 13:22 (UTC +04:00)
İran ümid edir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində təhlükəsizliklə bağlı konvensiya qəbul ediləcək.
İran Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində təhlükəsizliklə bağlı konvensiyanın qəbul ediləcəyinə inanır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran ümid edir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində təhlükəsizliklə bağlı konvensiya qəbul ediləcək.

"Ümid edirik ki, bu gün Bakıda xarici işlər nazirləri müavinlərinin müzakirə etdiyi Xəzərin təhlükəsizliyi ilə bağlı konvensiya noyabrın 18-də keçiriləcək Xəzəryanı ölkələrin sammitində təsdiq olunacaq. Fikrimcə, hazırkı proses göstərir ki, ölkələr arasında qarşılıqlı anlaşmalar artıb", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə bildirib.

Bakıda Xəzəryanı ölkələrin XİN müavinlərinin görüşü keçirilir.

Axundzadə deyib ki, Xəzərdə təhlükəsizliklə bağlı bir çərçivə müəyyən edilməlidir.

"Xəzərin təhlükəsizliyinin təmini Xəzəryanı ölkələrin öz öhdəsində olmalıdır", - İranın XİN müavini əlavə edib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti