...

Gürcüstanda saxlanılan fotoqraflar məxfi məlumatların ötürülməsində günahlandırılırlar - Prezidentin mətbuat katibi

Siyasət Materials 8 İyul 2011 13:42 (UTC +04:00)
Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze dünən gürcü polisi tərəfindən saxlanılan dörd fotoreportyorun həbsini şərh edib.
Gürcüstanda saxlanılan fotoqraflar məxfi məlumatların ötürülməsində günahlandırılırlar - Prezidentin mətbuat katibi

Gürcüstan, Tbilisi, 8 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze dünən gürcü polisi tərəfindən saxlanılan dörd fotoreportyorun həbsini şərh edib.

"Mən bu çox həssas iş barədə ətraflı danışa bilmərəm, lakin bir məsələ var ki, mən onun üzərinə işıq salmalıyam: məsələ bizim təşkilatlarımızdan ciddi məlumat sızmasına aiddır. Burada söhbət jurnalistikadan, yaxud media fəaliyyətindən getmir", - Mancqaladze bildirib.

Gürcüstan Prezidentinin rəsmi saytında deyildiyi kimi, dünən saxlanılan fotoqraflara qarşı ittiham onların peşə fəaliyyəti ilə bağlı irəli sürülməyib. "Onlar məxfi məlumatların ötürülməsində günahlandırılırlar. Eləcə də onlar yazılı sənədləri və ya məxfi tədbirlərin cədvəlini casus şəbəkəsi kimi tanınan təşkilatlara veriblər. Mən yalnız ittiham haqqında danışıram və təbii ki, hökmü məhkəmə çıxaracaq", - mətbuat katibi bildirib.

O qeyd edib ki, həbs olunanlardan ikisi ictimai qulluqçu idilər, amma birinin prezidentə çıxışı var idi.

Gürcüstan DİN dörd nəfərin casusluq ittihamı ilə həbs edildiyini təsdiq edib. DİN-in bəyanatında deyildiyi kimi, Gürcüstan Prezidentinin şəxsi fotoqrafı İrakli Gedenidze və onun xanımı Natia Gedenidze, Gürcüstan XİN-in fotoqrafı Georgi Abdaladze, Avropa fotoagentliyinin fotoreportyoru Zurab Kursikidze saxlanılıblar.

Gürcüstan DİN bəyan edib ki, həbs olunanlar başqa ölkənin xüsusi xidmət orqanlarının himayəsi altında fəaliyyət göstərən təşkilata materialların ötürülməsində günahlandırılırlar. "Bu məlumat onların qulluq fəaliyyətinə aiddir və onun ötürülməsi dövlətə ziyan vurub", - bəyanatda deyilib.

Bu cinayət 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bir az əvvəl dünən səhər saxlanılan Assoşieyted Press (AP) agentliyinin fotoreportyoru Şah Ayvazov həbsdən azad edilib.

Xəbər lenti

Xəbər lenti