...

İlham Əliyev Şüvəlan qəsəbəsində "Şimal" elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 21 Sentyabr 2011 13:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev Şüvəlan qəsəbəsində "Şimal" elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək.

Dövlətimizin başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxdı. Məlumat verildi ki, "Şimal" elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.

Qeyd edildi ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın "Toyo Engineering Corporation" və Azərbaycanın "Azenco" Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.

Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı.

Prezident İlham Əliyev inşaatçılarla görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti