...

Azərbaycanda POS-terminalların quraşdırılması qanuna salındı

Siyasət Materials 30 Sentyabr 2011 18:00 (UTC +04:00)
Azərbaycan Milli Məclisi "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanuna əlavələr edib.
Azərbaycanda POS-terminalların quraşdırılması qanuna salındı

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanuna əlavələr edib. Trend-in məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında təsdiq olunan əlavəyə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Əlavəyə əsasən POS-terminalın quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Xəbər lenti

Xəbər lenti