...

Azərbaycan və Fransa prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 7 Oktyabr 2011 14:53 (UTC +04:00)
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub
Azərbaycan və Fransa prezidentlərinin təkbətək görüşü olub

Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdü.

Xəbər lenti

Xəbər lenti