...

Medvedev və Əhmədinejad İranın nüvə problemini və Xəzərin statusunu müzakirə ediblər

Siyasət Materials 5 Yanvar 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev telefon danışığında iranlı həmkarı Mahmud Əhmədinejadla Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanması, İranın nüvə problemi, Suriya daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat verib.

Yaxın Şərqdəki vəziyyət haqqında danışarkən Medvedev və Əhmədinejad əmin olduqlarını bildiriblər ki, Suriyadakı vəziyyət daxil olmaqla, regionda problemlərin həlli ancaq siyasi metodlarla, bütün maraqlı tərəflər arasında dialoq qurmaq yolu ilə mümkündür. Prezidentlər bu məqsədə çatmaq üçün BMT, regional və digər beynəlxalq təşkilatlar çərçivəsində səyləri dəstəkləyirlər.

"Medvedev İran Prezidentinin Rusiyanın İranın nüvə proqramına etimadın mərhələli şəkildə bərpa edilməsi planını müsbət qiymətləndirməsini məmnuniyyətlə qeyd edib. Tərəflər bu məsələ üzrə məsləhətləşməri davam etdirməkdə razlığa gəliblər", - mətbuat xidməti bildirib.

Dövlət başçıları, həmçinin, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə səyləri fəallaşdırmağın tərəfdarı olduqlarını deyiblər. Prezidentlər Bakıda III Xəzər sammitində əldə olunan razılıqların həyata keçirilməsinin vacibliyini də qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti