...

Hillari Klinton: Əsəd hakimiyyəti və ölkəni tərk etməlidir

Siyasət Materials 7 İyun 2012 16:21 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar Əsəd hakimiyyətdən imtina etməli və ölkəni tərk etməlidir.
Hillari Klinton: Əsəd hakimiyyəti və ölkəni tərk etməlidir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Tağıyeva/

Suriya Prezidenti Bəşşar Əsəd hakimiyyətdən imtina etməli və ölkəni tərk etməlidir. Trend-in Türkiyənin NTV telekanalına istinadən yaydığı məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton Türkiyə XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qeyd edib ki, Suriyanın Hama şəhərində törədilən qırğın göstərir ki, Kofi Annanın təşəbbüsü Suriya böhranını nizamlamağa qadir deyil.

"Türkiyə Suriya müxalifətinə dəstəyi gücləndirməyi qərara alıb. Əgər Suriyada böhran həll olunmazsa, vəziyyət nəzarətdən çıxa bilər ki, bu da insan faciəsinə gətirib çıxara bilər", - Davudoğlu bildirib.

Dünən gecə Suriyanın Hama şəhərində dinc sakinlərə qarşı kütləvi hücum törədilib. Nəticədə 100 nəfər, o cümlədən 40 qadın və uşaq həlak olub. Bu, artıq son vaxtlar Suriyada dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı ikinci məlumatdır. İki həftə əvvəl oxşar hadisə Hums vilayətinin Hula qəsəbəsində baş vermişdi. Beynəlxalq müşahidəçilərin məlumatına görə, həmin qırğının qurbanlarının sayı qadınlar və uşaqlar da daxil olmaqla 100 nəfərdən çox olub.

Xəbər lenti

Xəbər lenti