...

Mehriban xanım Əliyeva: "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə təşkili hələ də dünya mətbuatının gündəmindədir

Siyasət Materials 10 İyul 2012 20:52 (UTC +04:00)
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb.
Mehriban xanım Əliyeva: "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə təşkili hələ də dünya mətbuatının gündəmindədir

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşüb.

Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək deyib: "Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir".

Mehriban xanım Əliyeva 57-ci "Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğulayıb.

Azərbaycanın birinci xanımı qeyd edib ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban xanım Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğulayıb. Fondun prezidenti Azərbaycanın "Eurovision" müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırıb.

Azərbaycanı "Eurovision 2012"-də təmsil edən xalq artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti