...

Azərbaycanda "Türkiyə həftəsi" başlayıb

Siyasət Materials 24 Sentyabr 2012 10:36 (UTC +04:00)
Azərbaycanda dünəndən başlayan "Türkiyə həftəsi" zamanı Türkiyə və Azərbaycanın "beyin mərkəzləri"nin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdamda səfərdə olacaq
Azərbaycanda "Türkiyə həftəsi" başlayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycanda dünəndən başlayan "Türkiyə həftəsi" zamanı Türkiyə və Azərbaycanın "beyin mərkəzləri"nin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdamda səfərdə olacaq.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı "Tarixdən günümüzə: Türkiyə-Azərbaycan münasibətləri" və "Azərbaycan-Türkiyə münasibətləri regional kontekstə" mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.

Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.

"Türkiyə həftəsi" sentyabrın 28-də başa çatacaq.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında SAM Türkiyənin beş səhərində "Azərbaycan həftəsi" keçirmişdi.

Xəbər lenti

Xəbər lenti